Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:56

Klintonla Medvedev arasında danışıqlar gedir


Moskvada Rusiya prezidenti Dimitri Medvedevlə Birləşmiş Ştatların Dövlət Katibi Hillari Klinton arasında danışıqlar gedir.

Medvedev görüşün başlanğıcında Rusiyayla Amerika arasında əməkdaşlığın yüksək mərhələyə girdiyini deyib.

Hillari Klintonsa qeyd edib ki, Birləşmiş Ştatlarla Rusiya nüvə silahlarının yayılmaması kimi məsələlərdə liderlik nümayiş etdirməlidilər.

Hillari Klinton bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Strateji hücum silahlarının ixtisarıyla bağlı yeni müqavilədə tərəflərin irəliləyişə nail olduqları xəbər verilir.
XS
SM
MD
LG