Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:15

Rusiyayla Çin arasında razılaşmalar imzalanıb


Pekində Rusiyayla Çin arasında bir sıra razılaşmalar imzalanıb.

Sənədləri Rusiyanın baş naziri Vladimir Putinlə Çinin baş naziri Ven Tsyabao imzalayıblar.

Tərəflər əsasən balistik raketlərin buraxılmasında informasiya mübadiləsi etmək razılığına gəliblər.

Həmçinin enerji sahəsində çərçivə razılaşması imzalanıb.

İl ərzində Rusiyadan Çinə 70 milyard kub metr qaz göndərilməsi nəzərdə tutulur.

Vladimir Putinin Çinə səfəri sabah sona yetir.
XS
SM
MD
LG