Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:04

Lavrov Moskvayla Vaşinqtonun tərəqqiyə nail olduqlarını deyir



Moskvayla Vaşinqton nüvə silahlarının ixtisarını nəzərdə tutan yeni müqaviləylə bağlı danışıqlarda əhəmiyyətli tərəqqiyə nail olublar.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonla görüşdən sonra deyib.


Hillari Klinton isə deyib ki, hərcənd tərəflər arasında bir sıra fikir ayrılıqları olsa da münasibətlərdə qarşılıqlı hörmət hələ də qalmaqdadı.

O qeyd edib ki, Birləşmiş Ştatlar İranın nüvə proqramı məsələsində Rusiyayla yaxından əməkdaşlıq edir və Moskva da bu fikirdədi ki, İran nüvə silahı əldə etməməlidi.

Hillari Klinton günün sonunda Rusiya prezidenti Dimitri Medvedevlə görüşəcək.
.

Günün bütün mövzuları

XS
SM
MD
LG