Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:08

Tbilisi «Əl-Qaidə» ilə əməkdaşlıqda ittiham edilir


Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Gürcüstanı «Əl-Qaidə» terror təşkilatı ilə iş birliyinə girməkdə ittiham edib. Aleksandr Bortnikov deyib ki, bunu sübut edən audio yaraqlılardan müsadirə olunub.

«Yaraqlılardan müsadirə olunmuş audio sübutda göstərilir ki, «Əl-Qaidə» casusları Gürcüstan Təhlükəsizlik xidmətinin nümayəndələri ilə əlaqə yaradılıb və onların yardımı ilə təlim və terrorçulaların Çeçenistana transferinə yardım təşkil olunub».

Aleksandr Bortnikov həmçinin Gürcüstanı Dağıstanda terrorçuları silahla təchiz etməkdə, maliyyələşdirməkdə günahlandırıb.

Rusiya ilə Gürcüstan arasında münasibətlər ötən ilin avqustundakı müharibədən sonra gərgin olaraq qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG