Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:58

QAT üzvləri sərbəst buraxılıblar


QAT Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşmasına dair protokolun imzalanmasına etiraz edir

QAT Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşmasına dair protokolun imzalanmasına etiraz edir

Təxminən 45 dəqiqəlik görüşdən sonra valideynlər AzadlıqRadiosuna deyiblər ki, övladları saxlanma şəraitindən şikayətlənmirlər. Amma bloqqerlər məhkəmə prosesini «tamaşa» adlandırıblar.

Valideynlər özləri isə hələ də onlara övladları ilə davamlı görüş verilməməsindən şikayətlənirlər.

Oktyabrın 14-ü Emin Millinin ad günü olduğundan onun valideynləri görüş istəsələr də, buna icazə verilməyib.

***
QAT-çılar Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparılıblar. Akif Nağının AzadlıqRadiosuna verdiyi məlumata görə, saxlananlar QAT-ın Ağsaqqallar Şurasının sədri Asif Məmmədov, təşkilatın digər üzvləri Şaiq Süleymanov, Mehman İsmayılov, İlqar Əliyev və Fərhad Ələkbərovdur.

Polis bölməsinə gətirilən QAT-çılarla görüşən bölmə rəisi onlara icazəsiz aksiya keçirməklərini irad tutub.

Hazırda bölmənin təhqiqat şöbəsində aksiyaçılardan izahat alınır.

***

Qarabağ Azadlıq Təşkilatı (QAT) oktyabrın 13-də Türkiyənin Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd edib. Polis piketi dağıdıb.

Təşkilatın sədri Akif Nağı və bir neçə təşkilat üzvü polis tərəfindən saxlanaraq, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparılıb.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, aksiya iştirakçıları qətnamə qəbul ediblər. Lakin QAT-ın bu sənədini Türkiyə səfirliyindən qəbul edən olmayıb.

QAT Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşmasına dair protokolun imzalanmasına etiraz edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG