Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:01
ATƏT-in Bakı ofisi siyasi partiyalar üçün seçki müşahidəçiliyinə dair seminarlara başlayır. Oktyabrın sonuna qədər 14 siyasi partiyanın təmsilçisi Bakıda və 10 rayonda təşkil olunacaq seminarlarda iştirak edəcəklər.

Məqsəd siyasi partiya təmsilçilərini ATƏT-in demokratik seçkilərə dair öhdəlikləri və bu sahədəki mütərəqqi beynəlxalq təcrübələr barədə məlumatlandırmaqdır.

ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel deyir ki, belə seminarların keçirilməsi bütün siyasi qüvvələrin seçki prosesinə inamını artıracaq, regionlarda siyasi partiyalar arasında qarşılıqlı münasibətlərə müsbət təsir göstərəcək:

«Bu seminarlar həmçinin iştirakçılara xatırladacaq ki, müşahidəçilər yalnız seçki prosesinin monitorinqini aparmalıdır və prosesə müdaxilədən çəkinməlidirlər».

ATƏT-in Bakı ofisi həmçinin bitərəf müşahidəçilər üçün də qısa və uzunmüddətli seminarlar təşkil edəcək. Könüllü müşahidəçilər üçünsə seçki günü «qaynar xətt» və hüquqi məsləhət xidmətləri yaradılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG