Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:41

QAT-ın piketi dağıdılıb, saxlananlar var


Qarabağ Azadlıq Təşkilatı (QAT) oktyabrın 13-də Türkiyənin Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd edib. Polis piketi dağıdıb.

Təşkilatın sədri Akif Nağı və bir neçə təşkilat üzvü polis tərəfindən saxlanaraq, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparılıb.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, aksiya iştirakçıları qətnamə qəbul ediblər. Lakin QAT-ın bu sənədini Türkiyə səfirliyindən qəbul edən olmayıb.

QAT Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşmasına dair protokolun imzalanmasına etiraz edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG