Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:42

Livanda döyüş sursatı anbarında partlayış olub


Livanın cənubunda döyüş sursatı anbarında partlayış olub, azı 5 nəfər ölüb. Ölənlər arasında «Hizbullah» radikal şiə qruplaşmasının liderlərindən biri və onun oğlu da var.

Partlayış Tayr Filsi yaşayış məntəqəsində baş verib. Bu ərazi BMT sülhməramlılarının nəzarəti altındadır. Təhlükəsizlik xidmətinin əməkdaşları baş verən hadisəni «təsadüf» adlandırıb.

İsrail və ABŞ «Hizbullah» qruplaşmasını regiondakı qeyri-sabitlikdə və tərkisilah cəhdlərinə mane olmaqda ittiham edir.
XS
SM
MD
LG