Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:10

Hillari Klinton Rusiya rəsmiləri ilə görüşür


ABŞ Dövlət katibi Hillari Klinton oktyabrın 13-də Moskvada Rusiya rəsmiləri ilə görüşür. Onun Rusiya prezidenti Dmitri Medvedev və XİN Sergey Lavrovla görüşləri planlaşdırılıb.

Görüşlərdə kütləvi qırğın silahlarının yayılmasını qarşısını alınması, İranın mübahisəli nüvə proqramı, Şimali Koreya və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq.

Klinton həmçinin QHT və ictimai təşkilatların nümayəndələri ilə də görüşməyi planlaşdırır.

Oktyabrın 14-də ABŞ Dövlət katibinin əsasən müsəlmanların yaşadığı Kazan şəhərinə səfəri gözlənilir.

Klinton Moskvaya dünən gecə gəlib.

XS
SM
MD
LG