Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:02

Türkiyənin Bakıdakı səfirliyi Azərbaycan ictimaiyyətinə müraciət edir


Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları azad edilmədən Türkiyə və Ermənistan arasında sərhədlərin açıqlması müzakirə mövzusu ola bilməz. Türkiyənin Bakıdakı səfirliyinin oktyabrın 12-də yaydığı bəyanatda belə deyilir.

Bəyanatda qedy olunur ki, səfirlik Türkiyə və Ermənistan arasında oktyabrın 10-da protokolların imzalanmasından sonra, Azərbaycan mediasında Türkiyə-Ermənistanh sərhədlərinin açıqlması haqda yazırlaı təəssüf hissi ilə qarşılayır. Bu üzdən Azərbaycan ictimaiyyətinin nəzərinə çatdırmaq istəyir ki,
“Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğnanın da dəfələrlə qeyd elədiyi kimi, Qarabağın işğalı sonrasında bağlanan Türkiyə-Ermənistan sərhədi Azərbaycanın torpaqlarının işğalına son verilməyincə açılmayacaq və bu, müzakirə mövzusu da ola bilməz.

Byanatda vurğulanır ki, “Xarici İşlər naziri Ahmed Davutoğlunun da dediyi kimi, heç bir münasibətlər Türkiyə-Azərbaycan əməkdaşlığından vacib ola bilməz. Türkiyə-Ermənistan sərhədinin açıqlması uzun müddətli prosesdir və bundan ötrü Dağlıq Qarabağ və Azərbaycan işğal altındakı torpaqlarının azad edilməsi tələb olunur”.

Türkiyənin Azərbaycandakı səfirliyinin bəyanatında sonda bildirilir ki, “qardaş Azərbaycan xalqının Türkiyəyə güvənməsini, yanlış və məqsədli xəbərlərə etibar etməməsini gözləyirik”.
XS
SM
MD
LG