Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 10:42

Qanunsuz silahlı birləşmələrdə iştirakda təqsirləndirilən şəxslərə hökm oxunub


Oktyabrın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Pakistanda və Əfqanıstanda talibançıların yaratdıqları qanunsuz silahlı birləşmələrdə iştirakda təqsirləndirilən 13 Azərbaycan vətəndaşının məhkəməsi başa çatıb. Onlardan 8 nəfəri məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmənin hökmü ilə Şakir Xanbutov 1 il 6 ay, Araz Kəngərli 2 il 6 ay, Telman İsayev 2 il 6 ay, Tural Sultanov 2 il, Cahangir Bağırov, Əyyub Zeynalov, Seymur Əhədov, Emil Mirzəyev, Ceyhun Sadıqov, Şahin Muxtarov, Kəbir Vəlibəyov, Rövşən Paşayev və Vüqar Xəlilov 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

6 ay müddətinə azadlıqdan məhrum edilən şəxslərin cəza müddətləri istintaq və məhkəmə dövründə başa çatdığı üçün onlar məhkəmə zalından azadlığa buraxılıblar. Vüqar Xəlilovun isə 6 aylıq cəza müddəti 15 gündən sonra bitəcək.

Təqsirləndirilən 13 şəxsdən 4 nəfəri isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG