Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:40

Yerevan niyə masadan qalxmadı?


Protokolların imzalanması mərasimi
Protokolların imzalanması mərasimi
Ömər Taşpınar («Sabah» qəzeti)

Niyə Sarkisyan bütün dünyadakı erməniləri əsəbləşdirən bu tarix komissiyası təklifini qəbul edir?

Bunun ən az iki səbəbi var. Birincisi, Sarkisyanın əslən Qarabağlı olmasıdır. Qarabağ erməniləri üçün «1915-ci il faciəsi» Anadolu erməniləri qədər travmatik dönüş nöqtəsi deyil. Onlar o vaxt yaşanan hadisələrdən Qərbdəki ermənilər qədər təsirlənmədilər.

QARABAĞ ERMƏNİLƏRİNİN ƏSL DÜŞMƏNLƏRİ AZƏRİLƏRDİR

Qarabağ ermənilərinin kollektiv kimlikləri «soyqırımı» üzərində qurulmayıb. Onlar üçün əsas məsələ Qarabağın Ermənistanla birləşməsi olub. Əsl düşmənləri isə Qərbdəki türklər deyil, ətraflarındakı azərilər və azəri hegemonluğu altında olmaları idi. Bundan xilas olmaq üçün savaşdılar. Nəticədə xəyallarına qovuşdular.

Ona görə də bu gün müharibəni udmuş Qarabağ erməniləri Türkiyə ilə münasibətlər məsələsində Qərbdəki erməni diasporasına görə daha praqmatikdirlər. Elə buna görə də Türkiyə ilə münasibətlərin düzəldilməsi baxımından Sarkisyan yaxşı bir fiqurdur.

RUSİYAYA QARŞI ETİMADSIZLIQ

Yerevanın sülh prosesini dəstəkləməsinin arxasındakı ikinci səbəb isə Rusiyaya qarşı etimadsızlıqdır. Putinin 2008-ci ildə Gürcüstanda törətdiyi işlər Ermənistanda ciddi narahatlıq yaratdı. Türkiyə və Azərbaycanla münaqişəli olan Yerevan bu dəfə Gürcüstan sərhəddinin bağlanmasına şahid oldu. Ermənistanın xarici dünya ilə bağları qopdu.

Bu durum Yerevanı və Sarkisyanı ciddi bir dilemma ilə qarşı-qarşıya qoydu. Rusiyaya qarşı artan etimadsızlığa görə, Sarkisyan Qərblə münasibət yaratmaq üçün ciddi axtarışlara başladı. Qərbə açılan yol isə Türkiyədən keçirdi.

Bütün bu səbəblərə görə Ermənistan, ABŞ-ın da dəstəyilə tarixi bir sülh mərhələsinə qədəm qoydu.

İki ölkənin bu uzun və incə yolda nə qədər irəliləyə biləcəyini görəcəyik.
XS
SM
MD
LG