Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:25

CHP Azərbaycandan üzr istədi


Mitinqdə Azərbaycandan gələn bir qrup adamla yanaşı, Türkiyə vətəndaşları da iştirak edib

Mitinqdə Azərbaycandan gələn bir qrup adamla yanaşı, Türkiyə vətəndaşları da iştirak edib

«Azərbaycan elə bilməsin ki, Türkiyə müqavilə bağlamağın tərəfdarıdır. Qardaşlarımızı Qarabağda qıran bir xalqla heç vaxt sazişə gedilməməlidir».

Cümhuriyyət Halk Partisinin (CHP) başqanının birinci müavini Onur Öymen Bursa şəhərində Azərbaycanlı gənc siyasətçilərin də dəvət olunduğu konfransda bunu deyib. O, hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) siyasətini «satqınlıq» adlandırıb.

Tədbirin iştirakçısı, Azərbaycan Gənclər Platformasının sədri Orxan Qafarlı isə deyir ki, Türkiyə xalqının azərbaycanlılarla həmrəy olduğunu onsuz da bilir. Amma onun fikrincə, Azərbaycan üçün hazırkı Türkiyə hakimiyyətinə bundan sonra arxalanmaq çətin olacaq.

Oktyabrın 11-də Bursa şəhərində azərbaycanlı gənclərin də iştirakı ilə etiraz aksiyası keçirilib. Aksiya Türkiyə-Ermənistan matçı zamanı şəhər valisinin Azərbaycan bayraqlarını stadiona buraxmamaq qərarına qarşı idi.

Aksiya iştirakçıları Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması ilə bağlı protokola və iki ölkə arasında sərhədlərin açılmasına da etiraz ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG