Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:56

«Vahid Rusiya» və kommunistlər irəlidədirlər


Moskvada şəhər dumasına keçirilən seçkilərdə iki partiya – «Vahid Rusiya» və kommunistlər irəlidədirlər. Səslərin 90 faizindən də çoxunun sayılması nəticəsində hakim partiyanın 66 faizdən, kommunistlərin isə 13 faizdən çox səs topladığı məlum olub.

Seçkidə iştirak edən digər 4 partiya isə zəruri hesab olunan 7 faizlik həddi keçə bilməyiblər.

Oktyabrın 11-də Rusiyanın 75 regionunda müxtəlif seçkilər, yerli referendumlar və bələdiyyə dairələrinin sərhədlərinin müəyyən edilməsilə bağlı səsvermələr də keçirilib. Səslərin böyük əksəriyyətini «Vahid Rusiya» partiyası qazanıb.

Müxalifətin nümayəndələri və müstəqil müşahidəçilər səsvermə zamanı pozuntulara yol verildiyini elan ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG