Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:15

Hillari Klinton Şimali İrlandiya siyasətçiləri ilə görüşür


Avropaya səfərə yollanan Amerikanın dövlət katibi Hillari Klinton bu gün Şimali İrlandiya siyasətçiləri ilə görüşür. Onun Şimali İrlandiya məclisində Olsterdə sülh prosesini dəstəkləyəcəyinə dair çıxış edəcəyi gözlənilir.

Xanım Klinton bu gün Rusiyaya da gedəcək. Sabah onun Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezident Dmitri Medvedevlə görüşü nəzərdə tutulur.

Başlıca müzakirə mövzusu Əfqanıstan, İran, Şimali Koreya və Yaxın Şərqdə vəziyyətdir.

Klinton qeyri-hökumət və ictimai təşkilatların fəalları ilə də görüşəcək.

Çənşənbə günü dövlət katibi Kazana səfər edəcək.

XS
SM
MD
LG