Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:32

Bu gün sonuncu Nobel mükafatının sahibi bəlli olacaq


Bu gün Norveçdə sonuncu Nobel mükafatının sahibi bəlli olacaq. İqtisadiyyat üzrə mükafat öz sahibinə veriləcək. Bu il qlobal iqtisadi böhrana görə bu sahədə maraq daha çoxdur.

Ötən il iqtisadiyyat üzrə Nobel mükafatına amerikalı alim, “Nyu-York Tayms” qəzetinin köşə yazarı Pol Kruqman layiq görülmüşdü.

Ötən həftə səhiyyə, fizika, kimya, ədəbiyyat və sülh üzrə Nobel mükafatları sahiblərinin adları açıqlanıb. Bu mükafata layiq görülənlərdən əksəriyyəti, 11-dən 9-u Amerika vətəndaşıdır, onların arasında Nobel sülh mükafatını almış prezident Barak Obama da var.

XS
SM
MD
LG