Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:02

Əfqanıstanda keçirilmiş seçkilərdə pozuntular olub


BMT-nin Əfqanıstan üzrə xüsusi elçisi avqustun 20-də ölkədə keçirilmiş prezident seçkilərində əhəmiyyətli pozuntular olduğunu etiraf edib.

Amma norveçli diplomat Key Ayde Kabildə keçirilmiş mətbuat konfransında buna ətraflı aydınlıq gətirməyib.

Key Ayde mətbuat konfransını pozuntuların ört-basdır edilməsilə bağlı ittihamalra cavab vermək üçün keçirib.

Onun keçmiş köməkçisi Peter Qelbrayt bundan əvvəl ölkədə keçirilmiş seçkilərdə ciddi pozuntular olduğunu demişdi.

Əfqanıstanda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələri hələ ki, açıqlanmayıb.

XS
SM
MD
LG