Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:53

Dünya İranı sonsuz gözləyə bilməz


Beynəlxalq aləm İranın nüvə sahəsində beynəlxalq öhtəlikləri yerinə yetirməsini sonsuz gözləyə bilməz.

Bunu Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton deyib.

Hillari Klinton Londonda Böyük Britaniyanın xarici işlər naziri Devid Milibendlə görüşdən sonra bu yaxınlarda Cenevrədə İranla aparılmış çoxtərəfli danışıqları əməli başlanğıc adlandırıb, amma qeyd edib ki, indi hərəkət lazımdı.

Devid Milibendsə deyib ki, dünyayla normal münasibətlər qurmaq üçün indi İranın yaxşı imkanı var.

Beynəlxalq aləm hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir.
XS
SM
MD
LG