Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:35

Türkiyə İsraillə birgə hərbi təlimi təxirə salıb


Türkiyə İsraillə illik hərbi hava təlimlərini təxirə salıb.

Bu barədə Associated Pres agentliyi İsrail hərbçilərinə istinadla xəbər verir.

Məlumatlara görə Türkiyə İsrail hərbçilərinin onun keçirdiyi illik beynəlxalq hərbi hava təlimlərində iştirakına razılıq verməyib.

Türkiyə uzun illərdi ki, İsraillə sıx əlaqələri olan əsas müsəlman ölkəsi sayılır.

Amma İsrailin Qəzzə bölməsində apardığı son irimiqyaslı hərbi əməliyyatlardan sonra iki ölkə arasındakı münasibətlər pisləşib.

İsrailin apardığı bu hərbi əməliyyatlarda xeyli dinc sakin ölüb.

XS
SM
MD
LG