Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 16:46

İran uran zənginləşdirmək istəyir


Iran xəbərdarlıq edib ki, Tehrandakı tədqiqat reaktoru üçün uran zənginləşdirilməsini davam etdirəcək.

İran Aton Enerjisi Agentliyinin nümayəndəsi Əli Şirzadian bildirib ki, bu xaricdən zənginləşdirilmiş uran alına bilməyəcəyi halda baş verəcək.

Şirzadian qeyd edib ki, İran bu məsələni oktyabrın 19-da Vyanada ABŞ, Fransa və Rusiyayla müzakirə etməyə hazırdı.

Qərb ölkələri İranı gizlicə nüvə silahı üzərində işləmnəkdə günahlandırır.

Tehransa nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG