Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:00

Pakistandakı girov draması başa çatıb


Pakistanın hakim dairələri Ravalpindi şəhərindəki hərbi qərərgaha hücum eləmiş dəstənin sonuncu üzvünün zərərsizləşdirildiyini xəbər verir.

Bunla da təxminən bir sutkadır ki, davam edən qarşıdurmaya son qoyulub.

Əməliyyat zamanı 40-a yaxın girov azad edilib, 10-dan çox əsgər və 10-a yaxın yaraqlı ölüb.

Hücuma görə cavabdehliyi talibançılar üzərinə götürüb.

Pakistanın hakim dairələri bəyan edib ki, hərbi qərərgaha hücum hökumətin Cənubi Vəziristanda yaraqlılara qarşı hərbi əməliyyatları genişləndirmək fikrini qətiləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG