Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:10

Azərbaycan futbolçularının qələbəsi


Adətən məyus olan Azərbaycan azarkeşlərinin sevinmək növəsi də gəldi

Adətən məyus olan Azərbaycan azarkeşlərinin sevinmək növəsi də gəldi

Azərbaycan milli yığma komandası səfərdə Lixtenşteynə qalib gəlib. Vaduzda keçirilən bu oyunda Azərbaycan futolçuları oyunun ikinci hissəsində rəqi qapısından iki top keçirməklə qələbəni təmin ediblər. Qolları oyunun 55-ci dəqiqəsində Vaqif Cavadov, 88-ci dəqiqədə isə Elvin Məmmədov vurublar.

Azərbaycan millisi 9 oyunda 4 xal toplayarq Dünya çempionatının seçmə oyunları üzrə 4-cü qrupdakı sonuncu yeri tərk edib. İndi bu yerdə bir 2 xalla Lixtenşteyn komandasıdır.

4-cü qrupun əsas oyunu Moskvada liderlər Almaniya və Rusiya arasında keçirilib. Gərgin mübarizədə almanlar 1-0 hesabı ilə qalib gələrək özlərinə Dünya çempionatının final mərhələsində yer təmin ediblər.

Qrupun digər oyununda isə Finlyandiya millisi Helsinkidə Uelsi 2-1 hesabı ilə məğlub edib.

Bu qrupda 25 xalla Almaniya irəlidədir. Rusiyanın 21, Finlyandiyanın 17, Uelsin isə 9 xalı var.

Seçmə mərhələsinin başqa qruplarındakı oyunlar belə nəticələnib:

Yunanıstan-Latviya 2-0

İsrail-Moldova 3-0

Ermənistan-İspaniya 1-2

Fransa-Faröy adaları 5-0

Belçika-Türkiyə 2-0

Çexiya-Polşa 2-0

Slovakiya-Sloveniya 0-2

Serbiya-Rumıniya 5-0

Avstriya-Litva 2-1

Danimark-İsveç 1-0

Kipr-Bolqarısan 4-1

İrlandiya-İtaliya 2-2

Ukrayna-İngiltərə 1-0

Estoniya-Bosniya-Hersoqovina 0-2

Monteneqro-Gürcüstan 2-1

Belorus-Qazaxstan 4-0

Lüksemburq-İsveçrə 0-3

Finlyandiya-Uels 2-1

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG