Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:47

Tarixi protokollar imzalanmaq üzrə



Ermənistan və Türkiyə bayraqları
Sürixdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair iki prtokolun imzalanması prosesi yaranan gərginlikdən sonra yenidən öz axarına dönür.

«Ermənistan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik əlaqələrin qurulmasına dair protokol» və «Ermənistan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əlaqələrin inkişaf etdirilməsinə dair protokol» adlanan bu iki sənədi Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu imzalayacaq.

AzadliqRadiosunun erməni xidmətinin direktoru Hrayr Tamrazyan hazırda sənədlərin imzalanacağı İsveçrədədir. Tamrazyan bildirir ki, «iki ölkənin xarici işlər nazirləri tarixi sənədi universitetin tarix fakültəsində imzalayacaq».

Mərasimdə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri - Hillari Klinton (ABŞ), Bernar Kuşner (Fransa) və Sergey Lavrov (Rusiya), Avropa İttifaqının (Aİ) xarici siyasət komissarı Havyer Solana, İsveçrənin xarici işlər naziri Mişelin Kalmi-Rey, Aİ-yə sədrlik edən İsveçin xarici işlər naziri Karl Bildt, ATƏT və BMT-dən yüksəkvəzifəli şəxslər də iştirak edəcəklər

Xarici işlər nazirlərinin imzalamasından sonra protokollar təsdiq üçün hər iki ölkənin parlamentlərinə göndəriləcək.

Ermənistan parlamentdə çoxluq təşkil edən hakim koalisiya artıq həmin sənədləri dəstəkləyəcəyini bildirib. Amma əsasən «Daşnaksutyun» partiyası və başqa müxalifət qrupları həmin sənədlərin əleyhinədirlər.

Türkiyə parlamentindən də sənədlərin asan keçməyəcəyi barədə fikirlər var. Parlamentin sədri Məhmət Əli Şahin bu yaxınlarda Bakıda olarkən Ermənistanla protokolların təsdiqlənməyəcəyini bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG