Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:54

İlham Əliyev Barak Obamanı təbrik edib


Prezident İlham Əliyev ABŞ prezidenti Barak Obamanı Nobel sülh mükafatı ilə təltif edilməsi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir «bu ali mükafat Yer üzündə sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olması, münaqişələrin danışıqlar, dialoq yolu ilə aradan qaldırılması istiqamətindəki fəaliyyətinizə verilən layiqli qiymətdir. Bu gün dünya miqyasında baş verən proseslərdəki müsbət dəyişikliklər, beynəlxalq siyasətdə yaranmış yeni ab-hava sizin adınızla bağlıdır».

Oktyabrın 9-da B.Obama Nobel sülh mükafatının laureatı elan olunub.
XS
SM
MD
LG