Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:04

Pakistanda yaraqlıların əlində girovlar olduğu xəbər verilir


Məlumatlara görə Pakistanda hərbi qərərgaha hücum eləmiş yaraqlılara qarşı əmıliyyat hələ bitməyib.

Agentliklər hərbçilərə istinadla xəbər verirlər ki, yaraqlılardan ikisi hərbi bazanın ərazisinə girə bilib.

Bəzi məlumatlara görə onların əlində girovlar var.

Komandanlıq bundan əvvəl əməliyyatın başa çatdığını və vəziyyətin nəzarət altında olduğunu bəyan eləmişdi.

Atışmada 4 yaraqlı, azı 6 əsgər və 1 dinc sakin ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG