Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:15

Obama Nobel Sülh Mükafatından mütəəssir olub


ABŞ prezidenti Barak Obama Nobel Sülh Mükafatına layiq görülməsini qlobal problemlərin həlli üçün başqa dövlətlər birlikdə “hərəkət üçün bir siqnal” kimi qəbul etdiyini bildirib.

O, bu gün Ağ Evdə çıxışı zamanı deyib: “Mən özümü bu mükafata layiq görülmüş görgəmli şəxslərlə bir cərgədə hiss edə bilmirəm. Açıq desəm, bunu özümün bacarıqlarımın təsdiqi kimi yox, Amerika rəhbərliyinin bütün dövlətlərin xalqları ilə birlikdə problemləri həll etmək istəyinin təsdiqi kimi qəbul edirəm.”

Oktyabrın 9-da səhər Nobel Sülh Mükafatı üzrə Norveç Komitəsi 2009-cu ilin qalibinin ABŞ prezidenti Barak Obama olduğunu açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG