Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:58

Yerevanda “Türklərlə razılaşmaya yox!” şüarı ilə yürüş olub


Bu gün Yerevanda minlərlə adam küçələrə çıxaraq ölkə rəhbərliyinin Türkiyə ilə münasibətlərin normallaşdırılmasına dair imalamağa hazırlaşdığı protokollara etiraz ediblər.

“Türklərlə razılaşmaya yox!” şüarı yazılan plakatlar tutmuş 10 000 nəfərlik nümayiş Birinci Dünya müharibəsində həlak olanlar üçün düzəldilmiş memoriala doğru yürüş edib.

Tərəflər arasında diplomatik əlaqələrin yaradılması və sərhədin açılmasını nəzərdə tutan iki protokolun oktyabrın 10-da İsveçrədə imzalanacağı gözlənir. Bundan sonra da həmin sənədlər təsdiq üçün parlamentlərin müzakirəsinə çıxarılmalıdır.
XS
SM
MD
LG