Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:02

İlham Əliyev Sarkisyanla görüşdən sonra AzTv-yə danışıb


Azərbaycan və Ermənistanın prezidentləri bu gün Kişinyovda yenidən görüşüblər. Onların budəfəki görüşlərində Rusiyanın prezidenti Dmitri Medvedev də iştirak edib. Azərbaycanın rəsmi informasiya agentliyinin yalnız görüşün olduğunu yazır, amma müzakirə haqqında heç bir məlumat vermir.

"Azərtac"ın agentliyinin xəbərinə görə prezident İlham Əliyev bu gün Kişinyovda Azərbaycan Televiziyasına müsahibə verib. Hələlik müsahibəni görməmişik, yəqin televiziya onu yaxın saatlarda yayacaq. "Azərtac"ın məlumatına görə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti, həmçinin Kişinyovda Ermənistan Prezidenti ilə görüşünün nəticələri ilə bağlı suallara cavab verib.

O, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan protokolların bölgədəki status-kvoya təsir imkanları barədə fikirlərini açıqlayıb.

Prezident İlham Əliyev həmçinin Azərbaycan qazının Türkiyə vasitəsilə Avropa İttifaqına nəqli ilə bağlı Ankara ilə aparılan danışıqların gedişi və digər məsələlər barədə suallara da aydınlıq gətirib.

Azərbaycan və Ermənistan prezidentləri dünən Kişinyovda münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə görüşmüşdülər. Həmdəsrlər xüsusi bəyanat yayaraq həmin müzakirələrin konstruktiv olduğunu bildiriblər. Amma müzakirənin məzmunu barədə ətraflı məlumat verilmir.
XS
SM
MD
LG