Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:09

Çex hakimiyyəti üç milyon məhkəmə iddiasından narahatdır


Çex Respublikası müharibədən sonra əmlakı müsadirə olunmuş milyonlarla almanın mümkün məhkəmə iddialarından narahat olub. Çex Respublikasının prezidenti Vaslav Klaus bildirib ki, buna əsas olan Avropa Birliyinin Lissabon Razılaşmasını yenidən müzakirə etmək və onlara istisnalıq verilməsini istədiklərini bildirib.

Bu gün yayılan bəyanatında prezident bildirib ki, onun ölkəsi həmin razılaşmadan kənarda saxlanmasa, iddiaların Çexiyanın məhkəmə sistemində əngəllənə biləcəyindən ehtiyat edir.

İkinci Dünya müharibəsindən sonra üç milyon nəfərə yaxın alman əmlakı müsadirə olunaraq o zamankı Çüxoslovakiyadan qovulub. İndi Çexlər həmin adamların, ya da onların varislərinin əmlak iddialarından narahatdırlar.

Hələlik Klaus 27 ölkənin birləşdiyi Avropa Birliyində qərarların qəbulu prosesinin təkmilləşdirilməsinə dair yeni razılaşmaları təsdiq etməyən yeganə dövlət başçısıdır.

Fransanın xarici işlər naziri Bernard Kuşner Klausu razılaşmanın icrası üçün “işləri çətinə salmaq”da ittiham edib.

İrlandiyada da keçən şənbə günü keçirilən referendumda razılaşmanı təsdiq edib. Polşa prezidenti Lex Kaçiniskinin də sənədi sabah imzalayacağı gözlənir.
XS
SM
MD
LG