Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:07

BMT NATO-nun Əfqanıstandakı mandatını uzatdı


BMT NATO qüvvələrinin Əfqanıstanda olmaq müddətini daha bir il müddətinə uzatdı. BMT Təhülksəzilik Şurası bu qərarı dünən təsdiqləyib. Qərara görə NATO Əfqanıstanda təhlükəsizliyin yaradılması işini davam etdirməli və əfqan qüvvələrinin ölkəni müdafiə imkanlarını artırmalıdır.

Qərarda Əfqanəstanda mülki sakinlərin qorunması işinin gücləndirilməsi, onların arasında itkilərin azaldılması xüsusi qeyd olunur.

Təhlükəsizlk Şurası həmçinin dünya ölkələri Əfqanıstandakı beynəlxalq qüvvələrə daha çox canlı qüvvə avadanlıq göndərməyə çağırır. Amma orada Əfqanıstana daha çox qüvvə göndərilməsi barədə NATO ölkələrinin paytaxtlarında gedən debatlara toxunulmur.

Günün bütün mövzuları

XS
SM
MD
LG