Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:01

Ermənistan müxalifəti Türkiyə əleyhinə aksiyaya qatılmayacaq


Ermənistanın əsas müxalifət partiyaları Daşnaksütunun Türkiyə-Ermənistan yaxınlaşmasına etiraz olaraq oktyabrın 9-na planlaşdırdığı etiraz aksiyasına qatılmaqdan imtina edib.

Eks-prezident Levon Ter-Petrosyanın rəhbərlik elədiyi Erməni Milli Konqresi cümə gününə təyin edilən aksiyanı “imitasiya” adlandırıb.

Etiraz aksiyasını Daşnaksütun partiyası və keçmiş Xarici İşlər Naziri Raffi Hovanesyanın Jaranqutyun – İrs partiyası təşkil eləyirlər.
Etirazın təşkilatçıları bildiriblər ki, onlar xarici işlər naziri Eduard Nalbandyanın istefasını tələb edəcəklər.

Erməni Milli Konqresi isə bəyan eləyib ki, etirazçıların prezidentin yox, nazirin istefasını istəməsi aksiyanın siyasi tələblərinin sadəcə imitasiya olduğun ugöstərir və onlar bu şouda iştirak etməyəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG