Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:33

Yaxın illərdə İsraillə Fələstin arasında sülh mümkün deyil


İsraillə Fələstin arasında yaxın vaxtlarda yekun sülh müqaviləsinin imzalanması mümkün deyil. İsrailin Xarici İşlər naziri Aviqdor Liberman oktyabrın 8-də dövlət radiosuna müsahibəsində belə deyib.

Nazir bildirib ki, “münaqişənin nizamlanmasıyla bağlı yaxın bir neçə ildə sülh sazişinin imzalanacağını deyənlər sadəcə vəziyyətin incəliyini anlamırlar və bu cür açıqlamalarla vəziyyəti daha da gərginləşdirirlər.

Liberman bildirib ki, tərəflərin indi ata biləcəyi ən yaxşı addım sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün keçid sazişini imzalamaq, incə və mübahisəli məsələri sonraya saxlamaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG