Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:54

Nazirin oğlanlarla seksə görə pul ödəməsi qalmaqal yaradıb


Fransada Mədəniyyət naziri Frederik Mitteranın Tailandda oğlanlarla seksə görə pul ödəməsi qalmaqal yaradıb. Fransa siyasətçil
əri Mitterandan bu addımı əsaslandırmasını tələb edirlər.

Frederik Mitteran 2005-ci ildə özü xatirələrində etiraf eləmişdi ki, belə bir addım atıb. Bu da nazirin istefasıyla bağlı təbəblərin səslənməsinə səbəb olmuşdu.

Mitteranın bu hərəkələrinin indi yada düşməsinin səbəbi isə seksual əlqəyə görə həbs edilən polşalı rejissor Roman Polanskini müdafiə eləməsi olub. 30 il əvvəl ABŞ-da, 13 yaşlı qızla seksual əlaqədə olmaq ittihamıyla ötən həftə İsveçrədə həbs edilən Polşalı rejissor Roman Polanskini müdafiə elədiyinə görə indi Mitteranla bağlı qalmaqal yenidən gündəmə gəlib.

Fransanın Əmək naziri Xavyer Darcos oktyabrın 8-də keçmiş president Fransua Mitteranın qohumu olan Ferederik Mitteranı davranışlarını izah eləməsini tələb edib.

Fransa Prezidenti Nikola Sarkozi və partiyası isə Tailanda səfər vaxtı oğlanlara seksual əlaqəyə girib, pul ödədiyini etiraf edən Mədəniyyət nazirini müdafiə edirlər.
XS
SM
MD
LG