Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:28

Moskva Türkiyə-Ermənistan yaxınlaşmasını dəstəkləyir


Rusiya Ermənistan və Türkiyə arasında münasibətlərin yaxınlaşması istiqamətindəki addımları alqışlayır. Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Nesterenko oktyabrın 8-də bildirib ki, şənbə gününə nəzərdə tutulan yaxınlaşma protokollarının imzalanması təkcə iki ölkə arasındakı münasibətlərə yox, ümumilikdə Transqafqaz regionunda sülhün və təhlükəsizliyin bərqərar olmasına müsbət təsir edəcək. Moskvanın fikrincə bu protokolların imzalanması düzgün istiqamətdə atılan və çoxdan gözlənilən bir addımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG