Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:00

Türkiyə Ermənistanın protokolları imzalayacağına şübhə etmir


Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu bildirmişdi ki, Ankarayla Yerevan iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılmasıyla bağlı protokolları imzalanacağına şübhə etmir. Protokolların İsveçrədə, Sürixdə şənbə günü imzalanması gözlənilir. Amma xaricdə yaşayan erməni diasporu və Ermənistan müxalifəti bu sənədlərin imzalanmasına qarşı çıxır.
Türkiyənin Xarici İşlər Naziri Ahmet Davutoğlu deyib ki, protkolların imzalanma günüylə bağlı konkret tarix göstərmək istəməzdi, amma əmindir ki, sənədlər imzalanacaq. Türkiyənin baş naziri isə Ermənistan rəhbərliyini apardığı siyasətin erməni diasporunun girovuna çevrilməsinə imkan verməməyə çağırmışdı.


XS
SM
MD
LG