Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:46

Obama Əfqanıstandakı vəziyyəti müzakirə edib


Barak Obama siyasi və hərbi məsləhətçiləri ilə Əfqanıstanda və Pakistanda fəaliyyət strategiyasını müzakirə edib. Oktyabrın 7-də təxminən üç saat davam edən görüşdə 10-dan artıq rəsmi, vistse-prezident Co Bayden, Dövlət Katibi Hillari Klinton, ABŞ-ın Əfqanıstan-Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, admiral Mayk Mullen iştirak edib.

Görüşdə Pakistandakı vəziyyət, Əl-Qaidə və Taliban yaraqlılarının saxlandığı yerlər diqqətdə olub.

Obamanın oktyabrın 9-da yenidən bu formatda növbəti görüş keçirəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG