Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:46

Hər dörd nəfərdən biri müsəlmandır


Dünyada hər dörd nəfərdən biri müsəlmandır. Ümumilikdə təxminən 1 milyard 570 milyon müsəlmanın olduğu deyilir.

Mərkəzi Vaşinqtonda yerləşən Pyu Tədqiqat qrupunun hesabatında belə deyilir. Qrupun hesabatı 232 ölkə və ərazinin demoqrafik məlumatları, siyahıyaalma və digər mənbələrə əsaslanır.

Əvvəlki hesablamalarda dünyadakı müsəlmanların sayı daha az göstərilirdi, 1 milyardla 1 milyard 80 milyon arasında dəyişirdi.

Yeni tədqiqat xristianlıqdan sonra İslamın ən çox yayılmış din olduğunu göstərir.

Dünyada xristianların sayı 2,1-2.2 milyarddır.
XS
SM
MD
LG