Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:09

Azərbaycan-Ermənistan prezidentləri görüşəcək


İlham Əliyev və Serj Sərkisyan bu gun görüşəcək
İlham Əliyev və Serj Sərkisyan bu gun görüşəcək
Oktyabrın 8-də Azərbaycan və Ermənistan prezidentləri Kişinyovda görüşəcəklər.

İki ölkə prezidentlərinin təkbətək görüşü ilə yanaşı Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının üçtərəfli görüşünün keçiriləcəyi də gözlənilir.

Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova bidirib ki, Kreml prezidentlərin Kişinyov görüşündən heç bir irəliləyiş gözləmir, bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində növbəti addım olacaq.

Bu arada Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların dinamikasından razı qaldıqlarını bildirib.

Bununla belə, həmsədrlər Kişinyov görüşündə hansısa sənədin imzalanacağını gözləmirlər.

Prezidentlər axırıncı dəfə bu il iyunun 4-də Sankt-Peterburqda görüşüblər.

Oktyabrın 9-da Moldovada MDB sammiti başlayacaq.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün ardınca İsveçrədə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair protokol imzalana bilər. İki ölkə arasında diplomatik əlaqə yoxdur, sərhədlər 1993-cü ildən bağlıdır. Türkiyə Dağlıq Qarabağ münaqişəsi həll olunmayana kimi sərhədləri açmayacağını deyirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG