Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:53

"The Washington Post" Əfqanıstanda seçkiləri şübhə altında qoyub


Əfqanıstandakı prezident seçkilərində nəticələrlə seçicilərin iştirakı arasında cidi fərq var.

Bunu Vaşinqton Post qəzeti BMT-nin məxfi məlumatına istinadla yazır.

Məsələn qəzet yazır ki, ölkənin cənubundakı Paktika əyalətində indiki prezident Həmid Kərzaiyə 200 mindən artıq səs verildiyi qeyd alınıb.

Amma BMT-nin məlumatına görə əslində seçkilərə 35 min adam gəlib.

BMT-nin Kabildəki nümayəndəsi isə deyir ki, qəzetin istinad elədiyi sənəd düzgün olmayan ilkin nəticələrə əsaslanır.

Yazı BMT-nin Əfqanıstandakı xüsusi nümayəndəsinin müavini Peter Qolbreytin istefasından bir neçə gün sonraya təsadüf edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG