Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:41

MTRŞ Ramiz Mehdiyevin məqaləsini alqışlayır


MTRŞ-ın sədri Nuşirəvan Məhərrəmli
MTRŞ-ın sədri Nuşirəvan Məhərrəmli
«Milli Televiziya və Radio Şurası Ramiz Mehdiyevin məqaləsini alqışlayır». Bunu qurumun sədri Nuşirəvan Məhərrəmli deyib. O MTRŞ-nın tənzimləyici qurum kimi televiziyalar üzərində nəzarəti artırmalı olduğunu qeyd edib.

Onun sözlərinə görə, MTRŞ televiziyaların kadr, maliyyə, yaradıcı siyasətinə qarışa bilməz. Bu istiqamətdə ancaq tövsiyə verə bilər.

Şura universitetlərdə jurnalist ixtisaslarının artırılması ilə bağlı təkliflə çıxış edəcək.

Bundan başqa, N.Məhərrəmli sovet dövründə çəkilən filmlərin televiziyaya simvolik rəqəm ödənməklə verilməsi, televiziya arxivi yaradılması ilə bağlı təkliflərinin olduğunu da qeyd edib.

MTRŞ sədi Azərbaycan telekanallarının efirində nümayiş edilən reklamlarla bağlı da iradlarını bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanın reklam bazarı Gürcüstandakından 2 dəfə azdır. Xarici şirkətlər Azərbaycanda reklama daha az pul verirlər. Qurum bu sahəni də araşdıraraq müdaxilə etmək fikrindədir.

MTRŞ İnzibati Xətalar Məcəlləsinin «Televiziya proqramlarına qoyulan tələblər» bölümündə müəyyən dəyişikliklərin edilməsini də istəyir: «Əgər proqramda eyni yüklü verilişlərin, tutaq ki, əyləndirmənin çəkisi 35 faizi keçirsə, bu, artıq qanun pozuntusudur. Bununla bağlı ölçü götürülməsi üçün bizə səlahiyyətlər verilməsini istəyirik. Təklifimizin biri də milli-mənəvi dəyərlərlə bağlı İnzibati Xətalar Məcəlləsinə yeni bəndin əlavə edilməsidir».

Nuşirəvan Məhərrəmli deyib ki, «Azərbaycan radiolarında vəziyyət televiziyalardakından da acınacaqlıdır, xüsusən axşam saat 10-dan sonra verilən tok-şoularla bağlı vəziyyət pisdir».

MTRŞ-nın növbəti iclası Azərbaycan radiolarındakı vəziyyətə həsr olunacaq.
XS
SM
MD
LG