Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:11
Azad Avropa və Azadlıq Radioları Korporasiyası noyabr ayından Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrinə yayıma başlayacağı haqda məlumat yayıb.

60 dəqiqəlik proqram radionun Praqa ofisindən yayınlanacaq – proqramda radiounun Gürcüstandakı (o cümlədən Cənubi Osetiya və Abxaziyadakı), eləcə də Rusiyadakı müxbirləri çalışacaq.

Qısa dalğada yayınlanacaq proram rusca olacaq və hər gün axşam efirə gedəcək. Yayıma FM tezliyində də qulaq asmaq mümkün olacaq.

Verilişlə birgə “Qafqazın əks-sədası” adlı İnternet saytı da işə düşəcək.

Proqramın əsas məqsədi – xalqlar arasında barışıq və bölgədəki proseslər haqda müxtəlif baxışların ifadəsinə şərait yaratmaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG