Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:25

İTV-nin üç departamenti birində birləşdirildi. Yeni təyinatlar oldu


«Media forum» saytı xəbər verir ki, bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində struktur dəyişikliyi olub. Televiziyanın İnformasiya, Analitik Proqramlar və radionun Xəbərlər və Analitik Proqramlar departamentləri birləşdirilib.

Yeni departamentə Anar Yusifoğlu rəhbərlik edəcək. İndiyədək televiziyanın Analitik Proqramlar Departamentinin rəhbəri olmuş Anar Yusifoğlu Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. ANS Müstəqil Teleradio Yayımları Şirkəti, «525-ci qəzet», «Sara» Teleradio Şirkəti, «Qanun» jurnalında çalışıb.

Radionun Xəbərlər və Analitik Proqramlar Departamentinin direktoru olmuş Hafiz Səfərov yeni departamentdə müavin postuna gətirilib. Yeni departamentin baş redaktorluğu Füzuli İsmayılova tapşırılıb. Televiziyanın İnformasiya Departamentinin direktoru olmuş Natiq Abdullayev Musiqi, Bədii və Əyləncəli Verilişlər Departamentinə rəhbər keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG