Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:51

Avropanın superdövlət niyyəti


İrlandiya referendumda Lissabon Sazişini qəbul elədi, 3 oktyabr 2009
İrlandiya referendumda Lissabon Sazişini qəbul elədi, 3 oktyabr 2009
İrlandiya Lissabon Sazişini qəbul elədi, Avropa Birliyinin dünya hegemonluğuna yolu açıldı. Bir neçə aya birlik prezidentini, xarici işlər nazirini təyin eləyə bilər. Gözlənir ki, Toni Bler prezident olsun. Xarici işlər naziri postuna isə İsveç, Hollandiya və Belçikadan namizədlər var.

«Financial Times»da Qideon Raxman yazır ki, deyəsən birlik dünya supergücü olmaq niyyətindədir. Britaniyanın xarici işlər naziri Devid Milibend deyir: «Ancaq ABŞ və Çindən ibarət «Böyük İkilik» olmamalıdır. Avropa Birliyi ilə birlikdə «Böyük Üçlük» yaradılmalıdır».

ÖMRÜN QALAN HİSSƏSİ BALIQ KVOTASINA

Avropanın qlobal ambisiyaları «Böyük İyirmilik»dən keçir.

AB-ni yaradanlar onun idarəetmə sistemini qlobal model hesab edirlər. Müəllif yazır ki, bir müddət əvvəl Pittsburqda «Böyük İyirmiliyin» son samitində olanda hər şey ona tanış gəlib və anlayıb ki, əslində o, Brüsseldədir, bu samit AB samitinin qlobal versiyasıdır.

«Belə proseduralar Avropa liderlərinə yaxşı tanışdır, asiyalı və amerikanlar üçünsə təzədir. İndoneziya nümayəndə heyətinə baxanda onlara yazığım gəlirdi, fikirləşirdim: Siz bilmirsiz kimə baş qoşursuz, ömrünüzün qalan hissəsini balıq kvotası haqda danışıqlara həsr edəcəksiz. («Böyük İyirmilik»də atmosferə karbon qazı tullantıları kvotasına dair danışıqlar gedir)».

PREZİDENT DEYİR «ÖLDÜ VAR, DÖNDÜ YOXDUR»

«Wall Street Journal» isə çexlərin Lissabon sazişinə müqavimətindən yazır. «Ola bilsin, irlandlar Lissabon sazişinə «hə» deyiblər, ancaq bu hələ Brüsseldəki bürokratların qələbəsi demək deyil. Əvvəl irlandlar da bu sazişi rədd eləmişdilər, sonradan yerli elektorat təzyiq nəticəsində öz qərarının əleyhinə getdi. Hakimiyyətin Brüsseldə cəmləşməsinin başqa opponentləri də sonda belə edəcəklər? Çexiya prezidenti Vaslav Klaus hələlik sazişi imzalamayıb,
Əvvəl irlandlar da sazişi rədd eləmişdilər... 13 iyun 2008
baxmayaraq ki, çex parlamenti onu qəbul eləyib. Prezident Çexiya Ali Məhkəməsinin sazişin konstitusion olub-olmamasına dair qərarını gözləyir.

DEMOKRATİYANIN BRÜSSEL DƏRSLƏRİ

«Wall Street Journal» yazır ki, Avropa Birliyi siyasətçiləri xaricilərə demokratiya dərsi keçməyi xoşlayırlar. Ancaq birik özü artıq demokratiyadan sonrakı dövrə qədəm qoyub. Brüsseldə quruma seçilməyən, naməlum texnokratlar rəhbərlik edir. İctimai fikir onların vecinə deyil. 2005-ci ildə fransızlar və hollandlar AB Konstitusiyasını rədd elədilər. Avrokratlar Konstitusiyanı Lissabon Sazişi adı altında təzədən yığdılar. Təklif edilən konstitusiya Brüsselin hakimiyyətini genişləndirirdi.

İrlandlar 2008-ci ilin iyununda Lissabon Sazişini rədd elədilər, yeddi il qabaq Nitsa sazişinə də «yox» demişdilər, həmin saziş də Brüsselə əlavə səlahiyyətlər verirdi. Həmin vaxt irlandlar bir neçə ay hökumət təbliğatına məruz qaldılar. Təbliğat vergiödəyicilərin puluyla aparılırdı. Axır ki, irlandlar Brüsselin istədiyi cavabı verdilər.

Eyni biabırçılıq indi də baş verdi, yenə də Brüsselin istədiyi oldu.

ANCAQ DEYƏSƏN DAŞ QAYAYA RAST GƏLİB

Çex prezidenti Vaslav Klaus bilir ki, Lissabon Sazişi çexlərin elə də vecinə deyil. Şübhəsiz, Brüssel çexləri də qorxutmaq istəyəcək, necə ki, İrlandiyada elədi. Əgər Klaus gələn ilin ortasınacan duruş gətirsə, onda növbə britaniyalılara çatacaq, onlar Lissabon Sazişini məhv eləyə bilərlər.

Cənab Klaus bilir ki, Moskvanın 40 illik idarəçiliyindən sonra çexlərin çoxu Brüssel tərəfindən idarə olunmaq istəmir.

Lissabon Sazişinin qəbul prosesi həm də Avropa inteqrasiyasına yol açır ki, bu da az adamın xoşuna gəlir. Bu, güzəşt və qorxutmanın iyrənc formasıdır. Vaslav Klausa çox təzyiq oluna bilər, ancaq azadlıqsevər avropalılar onun uzun müddətə duruş gətirəcəyinə ümid edirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG