Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:55

Hafiz Hacıyevin partiyası piket keçirəcək


Müasir Müsavat Partiyası (MMP) Nərimanov rayon İcra Hakimiyyətinin binası qarşısında piket keçirmək barədə qərar qəbul edib. Partiyanın mətbuat xidmətindən «APA»verilən məlumata görə, aksiya ilə bağlı oktyabrın 7-də Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib. Aksiya oktyabrın 12-nə təyin olunub. Piketin keçirilməsinə səbəb korrupsiya, rüşvətxorluq, süründürməçiliyə etiraz etməkdir.

Partiyanın mətbuat xidmətindən bildirilib ki, MMP İdarə Heyəti bir sıra dövlət idarə və müəssisələrinin qarşısında analoji problemlərə son qoyulması tələbi ilə aksiya keçirəcək.

İlk aksiyanın Nərimanov rayon İcra Hakimiyyətinin binası qarşısında təyin olunmasına səbəb isə partiyaya bu qurumdan şikayətlərin çoxluğudur.
XS
SM
MD
LG