Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:25

Həmkarının üzünü kimyəvi turşuyla yandıran müəllim cəzalandırılıb


Şirvan şəhərindəki 21 saylı orta məktəbində idman müəllimi işləyən Şahin Fətullayev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə tərəfindən mühakimə olunub.

Şahin Fətullayev həmin məktəbin müəlliməsi Reyhan Dadaşovanın üzünü kimyəvi turşu ilə yandırmaqda təqsirli bilinib. Təqsirləndirilən şəxs məhkəmə ifadəsində göstərib ki, Reyhan Dadaşova ilə onun arasında hələ 2007-ci tədris ilindən şəxsi zəmində mübahisə yaranıb:

«Məni Şirvan şəhər təhsil şöbəsinə şikayət edəcəyi, işdən çıxartdıracağı ilə hədələyirdi. Artıq cana doymuşdum. Keçən il yenə başladı mənə sataşmağa, əsəblərimi idarə edə bilmirdim. Sentyabrın 9-da məktəbə gələndə özümlə balaca bankada kimyəvi turşu gətirmişdim. Sinif otağının qarısını aşıb turşunu mənimlə üz-üzə çıxan Reyhan Dadaşovanın sifətinə tökdüm».

Məhkəmənin hökmü ilə Şahin Fətullayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG