Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:49

Jurnalistlər klub prezidentinə cərimə ödəyəcəklər


«Hesab edirik ki, bu, sifariş idi və proses kifayət qədər şübhəli keçdi»

«Hesab edirik ki, bu, sifariş idi və proses kifayət qədər şübhəli keçdi»

«Fanat.az» internet saytının köşə yazarı Natiq Muxtarlı və layihə rəhbəri Zahir Əzəmət «Xəzər Lənkəran» futbol klubunun prezideniti Mais Mənsimovun ictimai nüfuzuna xələl yetirməkdə günahkar bilinib, islah-əmək işlərinə cəlb olunub və cərimələniblər.

Bu haqda qərarı Nəsimi rayon Məhkəməsinin hakimi Elmar Kərimov oktyabrın 7-də verib.

Natiq Muxtarlı bir il müddətinə, Zahir Əzəmət isə altı ay müddətinə islah- əmək işlərinə cəlb olunur.

Bu o deməkdir ki, jurnalistlər əməkhaqlarının 20 faizini Mais Mənsimova ödəməlidirlər.

Jurnalistlər köşə yazarı Natiq Muxtarlının yazılarında işlətdiyi «haramxor» və «yelbeyin» ifadələrinə görə cəzalandırılıblar.

Zahir Əzəmət AzadlıqRadiosuna müsahibəsində deyib ki, onlar qərardan narazıdırlar və apellyasiya şikayəti verəcəklər:

«Hesab edirik ki, bu, sifariş idi və proses kifayət qədər şübhəli keçdi».

Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə dəfələrlə müraciət edib ki, qanunvericilik dəyişdirilsin, jurnalistlər yazılarına görə həbs edilməsin və cərimələnməsin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG