Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:42

Politkovskayanın ölümündən 3 il keçir


Oktyabrın 7-də qətlə yetirilmiş jurnalist Anna Politkovskayanın ölümündən 3 il keçir.

Çeçenistanda korrupsiya və insan haqlarının pozuntularını ifşa edən Politkovskaya Rusiya liderlərindən Vladimir Putinin tənqidçisi kimi tanınırdı.

O, 2006-cı ilin bu günündə Moskvadakı evinin girişində güllələnib.

Rusiya prokurorluğu cinayətə yardım edən 3 nəfərlə bağlı araşdırmanı davam etdirsə də, qətlin sifarişçisi hələ də tapılmayıb. Onun xaricdə gizləndiyi ehtimal olunur.

Politkovskayanın oğlu və qızı oktyabrın 6-da deyiblər ki, artıq qatilin mühakimə olunacağına ümidlərini itirməyə başlayıblar.

Bu arada Rusiyanın hakim dairələri Sərhədsiz Reportyorlar Təşkilatının iki əməkdaşına viza verməkdən imtina edib. Onlar jurnalistin qətlinin 3-cü ildönümü münasibətilə keçirilən mətbuat konfransına qatılmaq istəyirmişlər.
XS
SM
MD
LG