Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:35
Abdullah Gül...Bursa...və Ermənistan

Gələn həftə (14 oktyabr) Bursada Türkiyə ilə Ermənistan yığma komandalarının oyunu var.

1. Ermənistan dövlət başçısı matça gələcəkmi?

2. Sarkisyan gəlməsə belə, Abdullah Gül matça gedəcəkmi?

Sualı prezidentə verdik.

Abdullah Gül «qəti bir şey» demədi. «Bursadakı matça çox önəm verdiklərini deməklə» kifayətləndi. Sonra da azarkeş məsələsinə toxundu:

- Futbol Federasiyasının prezidenti Mahmut Özgenerlə danışdım.

- «Bursaspor» prezidentinin, Azarkeşlər dərnəyinin - hamının üzərinə vəzifə düşür.

- Bursa qonaqpərvərdir. Bursanın tamaşaçıları centlmendir. Bəzən səhv şeylər ola bilər
(«Diyarbakırspor» matçındakı hadisələr). Bunu bütün Bursanın boynuna atmaq səhvdir.

Prezidentin Bursaya son səfərində biz də onun təyyarəsində idik. Gül dedi ki:

- Bursaya getsəm, sizə də xəbər verərəm. Keçən dəfə gedəndə nəvənizi görmüşdüm. Baxaq görək böyüyübmü?

«Bu təfərrüatı» yazmağımızın səbəbi budur:

Gül matça getmək və oyuna Sarkisyanla yanaşı baxmaq istəyir.

Abdullah Gül:

- Bəzi problemlər var. Hamımız (Türkiyə, Azərbaycan, Ermənistan) bunların aradan qaldırılmasını istəyirik. Ancaq bunlar asan olmur. Addım-addım. Ancaq hər şey yaxşılığa doğru gedir. Bunun altından xətt çəkirəm: hər kəs Türkiyənin ciddi-cəhdlərini və xoş niyyətini görür. Və Türkiyəyə güvənirlər.

1. Türkiyə Sarkisyanın gəlməsini istəyir, onu gözləyir.

2. Bütün hazırlıqlar Sarkisyanın Türkiyəyə gələcəyi düşünülərək aparılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG