Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:10

Erməni biznesmenlər sərhədlərin açılmasına isti yanaşmırlar


Ermənistanın elektrikdən savayı, Türkiyəyə təklif edə biləcəyi rəqabət qabiliyyətli məhsulu yoxdur

Ermənistanın elektrikdən savayı, Türkiyəyə təklif edə biləcəyi rəqabət qabiliyyətli məhsulu yoxdur

Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına dair protokolun imzalanmasına sayılı günlər qaldığı vaxtda ermənilər sərhədlərin açılmasının onlara nə verəcəyini diqqətdə saxlayır. Bir sıra sahibkarın proqnozu narahatedicidir.

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına dair protokolun oktyabrın 10-da imzalanması gözlənilir. Və Türkiyə tərəfi bildirib ki, iki ölkə parlamenti protokolu ratifikasiya edəndən sonra 2 ərzində Ermənistana qarşı iqtisadi blokadanı götürəcək.

Ermənistanın hazırda məhdud ticarət marşrutu var. Buna baxmayaraq, Yerevanda bəzi biznesmen və iqtisadçılar hesab edirlər ki, sərhədlər açılandan sonra yerli istehsalçılar müdafiəsiz qalarsa, Türkiyə ilə rəqabətdə ticarət şoku yaşaya bilərlər.

ERMƏNİSTAN İQTİSADİYYATI MÜVAZİNƏTİNİ İTİRƏ BİLƏR

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqə yoxdur, sərhədlər 1993-cü ildən bağlıdır. Amma iki ölkə arasında 2008-ci ildə 269 milyon dollarlıq ticarət olub. Bu, Dövlət Statistika Xidmətinin məlumatıdır. Bu rəqəm Ermənistanla Gürcüstan arasında olan ticarətdən 2 dəfə çoxdur (131.3 milyon dollar). Gürcüstan hazırda Türkiyə mallarının Ermənistana çatdırılması üçün tranzit ölkə olaraq qalır.
İndi sərhədlər açılacağı təqdirdə iki ölkənin ticarət əlaqəsi daha da genişlənə bilər.

Ötən ayın ortalarında Yerevanda mətbuat konfransı keçirən Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Mark Levis də inandığını bildirib ki,
Ararat vilayətində sement zavodu, 6 noyabr 2007
sərhədlərin açılmasından yeni və gəlirli bazarlara çıxış əldə etməklə Ermənistan «kifayət qədər bəhrələnə bilər».

Ancaq Eurasia.net üçün sahibkarların münasibətini öyrənən Marianna Qriqoryan yazır ki, erməni biznesmenlərin hamısı sərhədlərin açılmasına isti yanaşmırlar. Məsələn, 32 yaşlı Lüsine Harutyunyan illərdir Gürcüstan ərazisi ilə Türkiyədən cins idxal edir. Gürcüstan marşrutunun «bahalı» və vaxt apardığını deyən sahibkar, sərhədlər açılanda vəziyyətinin necə olacağını təsəvvür edə bilmir.

Yerevan Dövlət Universitetində beynəlxalq biznes və iqtisadiyyat professoru Tatoul Manasseriyan isə narahatdır ki, Ermənistan iqtisadiyyatı Türkiyəyə görə müvazinətini itirə bilər. Çünki Ermənistanın elektrikdən savayı, Türkiyəyə təklif edə biləcəyi rəqabət qabiliyyətli məhsulu yoxdur. Gözlənilir ki, Ermənistan 2010-cu ilin martında Türkiyəyə saatda 1,5 milyard kilovat elektrik enerjisi verməyə başlayacaq.

Ancaq başqa sahələrdə erməni şirkətlərin təcrübəli türk həmkarları ilə mübarizə aparmağa hazır olmadığı deyilir. İqtisadçılar bunu Türkiyə ilə müqayisədə Ermənistanda istehsal xərclərinin artıq olduğu ilə izah edirlər.

SƏRHƏDLƏRİN AÇILMASI YENİ PROBLEMLƏR YARADACAQ

Ermənistanın Yerli İstehsalçılar Birliyinin sədri Vazgen Safaryan deyir ki, Ermənistan 2008-ci ildə Türkiyəyə 1.8 milyon dollarlıq xəz, qara metal, alüminium ixrac edib. Bu, Türkiyədən Ermənistana gətirilənlərlə müqayisədə çox azdır.

Yerevan Konyak Zavodu, 9 dekabr 2002
Safaryan deyir ki, «bir tərəfdən bizim istehlakçılar ucuz mallardan yararlanacaq, digər tərəfdənsə bu, bizim yerli istehsalçıların fəaliyyətini dayandırmasına, bağlanmasına səbəb olacaq». Yerli İstehsalçılar Birliyinin məlumatına görə, Ermənistan ötən il Türkiyədən əsasən bitum, yanacaq, trikotaj malları idxal edib.

Ermənistan istehsalçılarına Türkiyə ilə rəqabətə davam gətirmək məqsədilə birlik hökumətə öz təkliflərini də verib. Bu təkliflər arasında yerli istehsalçılara güzəştli kreditlərin verilməsi və ticarət maneələrinin aradan qaldırılması da var. Təkliflərin bu ay nəzərdən keçirilmək üçün prezident Serj Sarkisyanın İctimai Şurasına təqdim ediləcəyi gözlənilir.

Bununla belə, iqtisadçı Manasseriyan digərləri kimi sərhədlərin açılması ilə Ermənistan biznesmenlərinin durumunun daha da pisləşəcəyindən ehtiyatlanır. Onun fikrincə, sərhədlərin açılması nəinki problemləri həll edəcək, əvəzində yeni problemlərin başlanmasına səbəb olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG