Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:25

Nobel Mükafatı üç fizika alimi arasında bölündü


Çarlz Kao, Uillard Boyl və Corc Smit
Çarlz Kao, Uillard Boyl və Corc Smit
Oktyabrın 6-da İsveçdə üç alim fizika sahəsində Nobel Mükafatı alıb. Onlar fiber-optik naqillər və rəqəmsal fotolarda istifadə olunan texnologiya üzərində işlərinə görə həmin mükafata layiq görülüblər.

Nobel Mükafatı məbləğinin yarısı Çin əsilli Britaniya və ABŞ vətəndaşı olan Çarlz Kaoya verilib.

Mərasimdə qeyd edilib ki, Kao fiber-optik sahədə yeni bir çığır açıb, onun hazırladığı üsulla nazik bir boru ilə rəqəmsal informasiyanı daha uzaq məsafələrə ötürmək mümkün olur.

Mükafatın qalan yarısı isə amerikalı Corc Smit və həm ABŞ, həm də Kanada vətəndaşlığı olan Uillard Boyl arasında bölünüb. Onlar rəqəmsal kameralarda istifadə olunan və görüntünü rəqəmlərə çevirən cihazın ixtira edilməsinə görə həmin mükafatı alırlar.

İsveçdə Elmlər Akademiyasında Fizika üzrə Nobel Komitəsinin rəhbəri Cozef Nordqren deyib ki, bu alimlərin hər üçü müasir şəbəkə cəmiyyətinin formalaşmasına birbaşa kömək ediblər:

- Bu gün mükafata layiq bilinən işlərin real nəticəsini demək olar ki, hamı hər gün görür. Mən kommunikasiya işlərini, şəkillərin asanlıqla rəqəmlərə çevrilməsini nəzərdə tuturam. 20 il əvvəl belə şeyləri görmək mümkün deyildi.

Fizika üzrə Nobel Mükafatı 10 milyon İsveç kronu – təxminən 1.12 milyon manatdır.

Sabah da kimyaçılar arasında Nobel Mükafatının qalibi elan ediləcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG